Jan-Filipp Matetanın transfer arzusu reallaşmadı. “Milan”a keçmək istəyən fransalı hücumçu “Kristal Pelas”da qalacaq.
Newsport.az xəbər verir ki, Fransa yığmasının üzvü İtaliya klubu ilə danışıqları yekunlaşdırmış, klublar da razılığa gəlmişdi. Amma son anda oyunçunun səhhətində problem aşkarlanıb. İtaliyalılar dərhal danışıqları dayandırıb.
Bundan sonra Matetanın agentləri onu “Yuventus”a təklif edib. Turinlilər də vəziyyəti aydınlaşdırdıqdan sonra keçiddən imtina edib.
İndi Matetanın təcili əməliyyat olunacağı gözlənilir. Hücumçu zədəsini sağaldıb yayda klubunu dəyişməkdə israrlıdır.