6 klubun hədəfindədir “River Pleyt”in futbolçusu

“River Pleyt”in müdafiəçisi Lautaro Rivero Avropaya transfer oluna bilər.

Newsport.az “El Crack Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı futbolçuya “Atletiko”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Yuventus” və Fransanın “Strasburq” klubları ciddi şəkildə maraq göstərir.

Rivero ilə bağlı xəbərlərdə onun müqaviləsində 100 milyon avro çıxış şərti olduğu bildirilir. O, bu il ərzində Argentina çempionatında iki oyuna çıxıb.

22 yaşlı futbolçunun “River Pleyt”lə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right