"Beşiktaş" Rusiya klubunun futbolçusunu heyətinə qatmaq istəyir

Türkiyənin "Beşiktaş" klubu Rusiya təmsilçisi "Lokomotiv"də çıxış edən Sesar Montesi heyətinə qatmaq istəyir.

Newsport.az "Championat" nəşrinə istinadən xəbər verir ki, "qara qartallar" 28 yaşlı müdafiəçi üçün tezliklə Moskva komandasına təklif göndərəcək.

Qeyd edək ki, meksikalı oyunçu 2024-cü ildən "Lokomotiv"də çıxış edir. O, cari mövsüm 19 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right