PSJ Luis Enrikeni baş məşqçi postunda saxlamaq üçün səylərini gücləndirib. Tərəflər növbəti dəfə danışıqlar masasına əyləşəcək.
Newsport.az xəbər verir ki, Fransa klubu ispan çalışdırıcının işindən məmnundur. Lakin mütəxəssis parislilərin müqavilənin müddətini uzatmaq barədə təklifinə mənfi cavab verib. O, bacarığını başqa yerdə göstərmək istəyirdi. Amma Liqa 1 təmsilçisi 55 yaşlı məşqçini fikrindən daşındırmağa çalışır.
Enrikenin maaşını artıran PSJ onunla əməkdaşlığın yeni mərhələsini müzakirə etmək üçün bu həftə danışıqları bərpa edəcək. İspan mütəxəssisi razı salmaq üçün klub rəhbərliyi istənilən fəədakarlığa hazırdır.
Enrike 2023-cü iln yayından parislilərə rəhbərlik edir. O, komandaya ilk Çempionlar Liqasını qazandırıb.