Hazırda “Tottenhem”də icarədə olan PSJ-nin hücumçusu Randal Kolo-Muani “Yuventus”un maraq dairəsindədir.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu fransalı futbolçunu mövsümün ikinci yarısı üçün icarəyə götürməkdə maraqlıdır.
Daha əvvəl Kolo-Muani 2024/25 mövsümündə “Yuventus”da icarə əsasında çıxış edib. Hücumçu 2025-ci ilin yayında isə “Tottenhem”ə icarəyə verilib. İngiltərə klubunun onu birdəfəlik transfer etmək cəhdi uğursuz olub.
27 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 23 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun PSJ ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.