Sabiq futbolçudan “Arsenal”ın hücumçusuna dəstək

“Arsenal”ın sabiq futbolçusu Emmanuel Ebue keçmiş komandasının hücumçusu Viktor Qyokereşin çıxışı ilə bağlı fikirlərini bölüşüb. İngiltərəyə köçdükdən sonra ilk mövsümünü keçirən isveçli forvard “topçular”ın heyətində hələ ki, potensialını tam ortaya qoya bilmir.

Newsport.az “Arsenal News Channel”-a istinadən xəbər verir ki, Ebue problemin təkcə hücumçunun özündə olmadığını bildirib:

“Mən Qyokereşi Portuqaliyada oynadığı vaxtdan çox izləmişəm və o, əla hücumçudur. Fiziki baxımdan çox güclüdür. Ancaq problem ondadır ki, “Arsenal”ın vingerləri ona kifayət qədər ötürmə vermirlər. Hamısı qol vurmaq istəyir, amma Viktor forvarddır, qol vurmaq onun işidir”.

Fil Dişi Sahilindən olan sabiq futbolçu bu məqamda “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anrini xatırladıb:

“Anri mənə, Qayel Klişiyə, Eşli Koula və digərlərinə daim deyirdi ki, o, hücumçudur və qollara ehtiyacı var. O deyirdi: “Başa düşürəm, siz də qol vurmaq istəyirsiz, amma sizin işiniz fürsətlər yaratmaqdır”.

Qyokereş bu mövsüm “Arsenal”ın heyətində keçirdiyi 27 oyunda 9 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right