“Yuventus” ispaniyalı futbolçunu “qaralayıb”

“Yuventus” “Sevilya”nın ispaniyalı müdafiəçisi Xuanlu Sançeslə maraqlanır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Pyer Kalulu üçün əvəzedici kimi nəzərdə tutulub.

Transfer yalnız icarə və sonradan alınma hüququ ilə baş tutarsa, mümkündür: tam transfer üçün isə “Yuventus” hazır deyil.

Sançes “Sevilya”nın yetirməsidir və onun müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə qədərdir. O, cari mövsümdə bütün turnirlərdə 19 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right