"Trabzonspor" ötən ilin yanvarında heyətinə cəlb etdiyi Daniil Sikanla yolları ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ukrayna millisinin üzvü karyerasını Belçikada davam etdirəcək. "Anderlext" onun transferini açıqlayıb.
"Trabzonspor" 24 yaşlı yarımmüdafiəçi ilə ötən qiş 4.5 illik müqavilə imzalanmışdı. Onun keçidi Türkiyə klubuna 6 milyon avroya başa gəlmişdi. "Anderlext"in isə Trabzon klubuna 4 milyon avro ödəyəcəyi ilə bağlı xəbərlər yayılıb.
Qeyd edək ki, Daniil Sikan bu mövsüm "Trabzonspor"da 16 oyuna 4 qol vurub, 1 qol ötürməsi edib.