Xabi “Liverpul”u çalışdıra bilər

"Bayer" və "Real"ın sabiq baş məşqçisi Xabi Alonso "Liverpul"a rəhbərlik edə bilər. 

Newsport.az xəbər verir ki, bu haqda Britaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, mütəxəssis “mersisaydlılar”a baş məşqçilik etməyə hazırdır. Alonsonun öz qabiliyyətlərinə əmin olduğu və hazırkı oyunçulardan istifadə edərək “Liverpul”da dünya səviyyəli bir komanda qura biləcəyinə inandığı qeyd olunub.

Qeyd edək ki, Alonso 2025-ci ilin yayından "Real"ı çalışdırırdı və bu ilin yanvar ayında istefaya göndərilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right