“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden cari mövsümdəki oyun performansını qiymətləndirib.
Newsport.az xəbər verir ki, “şəhərlilər”in mətbuat xidməti ingiltərəli futbolçudan belə sitat gətirib:
“Özümü elə hiss edirəm ki, oyunun gedişinə böyük təsir göstərirəm. Komandaya hücumda fayda verirəm. Komanda yoldaşlarıma məhsuldar ötürmə verməyi və vacib oyunlarda qol vurmağı bacarıram. Komanda ümid edir ki, mən vəziyyət yaradıb rəqib müdafiəsini yarım. Daha da yaxşı ola bilərəm”.
Fodenin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.