“Barselona”nın sabiq müdafiəçisi Samuel Umtiti komandanın yarımmüdafiəçisi Frenki de Yonqa tərif yağdırıb.
Newsport.az DAZN-a istinadən xəbər verir ki, o, niderlandlı futbolçunun ən yaxşı oyunçulardan olduğunu deyib:
“Düşünürəm ki, De Yonq hər şeyi bacaran oyunçudur. Onu müdafiənin qarşısında, “səkkiz nömrə” kimi oynada bilərsiz, amma ondan necə istifadə edəcəyinizi bilməlisiz. Onu məşqdə izləyəndə düşünürsüz ki, “Vay!” Mənim üçün o, ən yaxşılarından biridir. Heç vaxt meydanda gizlənmir, onun haqqında xoşuma gələn budur. Ən çətin anlarda belə, o, topu istəyir və öz dəyərini göstərir. O, indiyə qədər birlikdə oynadığım ən yaxşı yarımmüdafiəçilərdən biridir”.
Samuel Umtiti 2016-cı ildən 2023-cü ilə qədər Kataloniya klubunda oynayıb və 2025-ci ildə karyerasını başa vurub. De Yonq isə 2019-cu ildən “Barselona”da çıxış edir. 28 yaşlı yarımmüdafiəçi oktyabr ayında klubla müddəti 2029-cu ilə qədər olan yeni müqavilə imzalayıb.