Daha əvvəl “Roma”nın hücumçusu Artem Dovbikin zədələndiyi və təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı barədə məlumat vermişdik.
Newsport.az “Mana Sport”-a istinadən xəbər verir ki, ukraynalı futbolçu ilə bağlı yeni detallar üzə çıxıb.
Dovbik əməliyyat olunmağa qərar verib və bu qərarı şəxsən futbolçunun özü qəbul edib. Bu isə o deməkdir ki, bərpa müddəti ilkin olaraq qeyd edilən iki aydan da uzun çəkə bilər.
28 yaşlı forvard cari mövsümdə İtaliya A Seriyasında 13 oyunda meydana çıxıb və 3 qol vurub. Onun komandası hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.