İspaniya nəhəngləri “Ayaks”ın futbolçusuna elçi düşdü

AS qəzetinin məlumatına görə,

“Barselona” və “Real” “Ayaks”ın 19 yaşlı hücumameylli yarımmüdafiəçisi Rayan Bunida ilə maraqlanır.

Yay transfer pəncərəsindən əvvəl hər iki İspaniya klubu araşdırmalarını artırıb. Belçikanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında oynayan Bunida ilə bağlı ətraflı skautluq hesabatları hazırlanıb.

Hələlik heç bir rəsmi addım atılmasa da, Mərakeş əsilli oyunçuya maraq “güclü, düşünən və strateji” kimi təsvir olunur.

Bunida bu mövsüm Erediviziyada səkkiz oyun keçirib və bir məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right