“Kristal Pelas”ın onu saxlaması çətin olacaq

“Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Quehinin bu qış komandadan ayrılma ehtimalı yüksəkdir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu futbolçunun satışından 46 milyon avro əldə etmək istəyir. “Liverpul”, “Arsenal”, “Real”, “Barselona” və “Mançester Siti” müdafiəçini transfer etməkdə maraqlıdır. “Şəhərlilər” əsas namizəddir.

25 yaşlı ingiltərəli futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right