“Tottenhem”in müdafiəçisi Mikki van de Ven İngiltərə kubokunun 3-cü turunda evdə “Aston Villa”ya 1:2 hesablı məğlubiyyəti şərh edib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu bunu söyləyib:
“Komandamızın çoxlu eniş-yoxuşları var. Yüksək səviyyədə oynaya bilərik, amma sonra pis oyunlarımız olur. Bu məqamları düzəltməliyik. Ardıcıllığa nail olmaq üçün üzərində işləyəcəyik”.
“Tottenhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 27 xalla 14-cü yerdədir. Komanda növbəti oyununu yanvarın 17-də “Vest Hem”ə qarşı keçirəcək.