Kenan Yıldız "Yuventus"un ən yaxşısı seçildi

Türkiyə millisinin gənc ulduzu Kenan Yıldız "Yuventus"da uğurlu çıxışı ilə gündəmə gəlib.

Newsport.az xəbər verir ki, futbolçu İtaliya təmsilçisinin heyətində ardıcıl ikinci dəfə ayın oyunçusu seçilib.

Qeyd edək ki, 20 yaşlı hücumçu noyabr ayından sonra dekabrda da komandasının ən dəyərli futbolçusu adına layiq görülüb. Beləliklə, Kenan ardıcıl ikinci dəfə bu mükafatın sahibi olub.

Xatırladaq ki, bu mükafat gənc oyunçunun həm klub, həm də milli komanda səviyyəsində gələcək vəd edən performansının göstəricisi kimi qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right