Kərim Premyer Liqanın iki klubunun hədəfindədir

Dortmund “Borussiya”sının hücumçusu Kərim Adeyemi İngiltərə Premyer Liqasının bir neçə top-klubundan təklif ala bilər.

Newsport.az “Caught Offside”-a istinadən xəbər verir ki, 23 yaşlı oyunçu ilə “Arsenal” və “Mançester Yunayted” maraqlanır.

Dortmund klubunun rəhbərliyi Adeyeminin satışından 50–70 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Almaniyalı futbolçu cari mövsümdə Bundesliqada 15 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right