“Valensiya” bask klubunun forvardını heyətinə qatdı

Ömər Sadiq “Valensiya”ya qayıdıb.

Klub 28 yaşlı hücumçunun “Real Sosyedad”dan transfer edildiyini açıqlayıb. Tərəflər 2028-ci ilə qədər müqavilə imzalayıblar.

AS qəzetinin məlumatına görə, müqavilə üçün 4 milyon avro, üstəgələ bonus kimi 1 milyon avro ödəniləcək.

Sadiq artıq 2024/25 mövsümünün ikinci yarısında icarə əsasında “Valensiya”da oynayıb. O, cari mövsümdə La Liqada beş oyunda iştirak edib və qol vurmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right