Sabiq futbolçu “Mançester Yunayted”in Sulşerlə uğurlu olacağına inanmır

“Arsenal”ın sabiq futbolçusu Pol Merson “Mançester Yunayted”in baş məşqçi postuna Ole-Qunnar Sulşerin qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, ingiltərəli keçmiş futbolçu “Sky Sports”-a açıqlamasında Sulşeri bəyəndiyini deyib. Amma, o, bu təyinatın uğurlu olacağına inanmır:

“Mən Sulşeri bəyənirəm. Bu mütəxəssis yaxşı təəssürat yaradır. Amma onu artıq işdən çıxarmışdılar. Eyni şeyi təkrar etmək eyni nəticələri verəcək”.

Norveçli mütəxəssis 2018–2021-ci illərdə “qırmızı şeytanlar”a rəhbərlik edib.

“Mançester Yunayted” hazırda Premyer Liqada 32 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right