La Liqa klubu argentinalı futbolçu ilə gücləndi

İspaniyanın “Vilyarreal” klubu yeni futbolçu transferini açıqlayıb.

Newsport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Argentinalı vinger Tyaqo Fernandes heyətə cəlb olunub.

21 yaşlı oyunçunun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub.

Tyaqo Fernandes son olaraq ölkəsində “Veles Sarsfild”in formasını geyinib. “Vilyarreal” 16 oyundan sonra La Liqada 35 xalla dördüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right