“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 19-cu turu çərçivəsində “Betis”ə qarşı keçiriləcək oyunda meydana çıxa bilməyəcək.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu dizindən aldığı zədə səbəbindən matçı buraxacaq.
“Kral klubu”nun baş məşqçisi Xabi Alonso Mbappenin yoxluğunda start heyətində Qonsalo Qarsiyaya şans verməyi planlaşdırır. 21 yaşlı futbolçunun “Real”ın hücum xəttində Mbappeni əvəz edəcəyi gözlənilir.
İspaniyalı forvard cari mövsümdə “Real”ın start heyətində cəmi üç dəfə meydana çıxıb. O, ümumilikdə 17 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib.