Artem Dovbik qış transfer pəncərəsində “Roma”dan ayrıla bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Everton” ukraynalı hücumçu ilə maraqlansa da, oyunçu İtaliyada qalmaq niyyətindədir. A Seriyasından isə onun xidmətində “Komо” maraqlıdır.
“Napoli” və “Milan” kimi klublarla da həmçinin, variantlar nəzərdən keçirilir. Neapol təmsilçisi Dovbikə qarşılıq Lоrenso Lukkanı təklif etməyi düşünür, “Milan” isə keçən yaydan oyunçuya maraq göstərib. “Qırmızı-qaralar” artıq Niklas Fullkruqla anlaşdığı üçün sözləşmə çətin görünür.
Dovbik cari mövsümdə İtaliya çempionatında 11 oyunda iştirak edib, 2 qol vurub.