“Barselona”nın futbolçusu əməliyyat olundu

“Barselona”nın müdafiəçisi Hektor Fort hazırda icarə əsasında çıxış etdiyi “Elçe”də zədələnib.

Newsport.az xəbər verir ki, 19 yaşlı futbolçu ötən turun “Rayo Valyekano”ya qarşı oyununda 6-cı dəqiqədə qol vurmağı bacarıb.

Ancaq matçın 12-ci dəqiqəsində çiyninin çıxması səbəbindən meydanı tərk etməli olub. İspaniyalı futbolçu artıq əməliyyat olunub. Onun bərpasının bir neçə həftə davam edəcəyi gözlənilir.

Hektor Fort bu mövsüm “Elçe”nin heyətində keçirdiyi 12 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. “Barselona” rəhbərliyi onun icarə dövründəki çıxışından razıdır və hesab edir ki, Fort növbəti mövsümdə Hans-Diter Flikin komandasında əsas heyət uğrunda mübarizə apara biləcək.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right