“Bayern” Avropanın TOP-5 liqasında liderdir

Almaniyanın “Bayern” klubu 2025-ci ildə vurulan qolların sayına görə Avropanın aparıcı beş liqasında liderdir.

Newsport.az xəbər verir ki, Münhen təmsilçisi başa çatmaqda olan təqvim ilində Bundesliqada 107 qol vurub.

Bu, top-5 liqada ən yaxşı nəticədir. Mütləq rekord da məhz “Bayern”ə məxsusdur. Komanda 2021-ci ildə 116 dəfə rəqib qapılarına yol tapmışdı.

“Bayern” hazırda 15 oyundan sonra 41 xalla Bundesliqada liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right