Millinin hücumçusu "Arsenal"a keçməyə hazırlaşır

İngiltərə millisinin və “Aston Villa”nın forvardı Olli Votkins karyerasını “Arsenal”da davam etdirməyə yaxındır.

Newsport.az “The Sun”a istinadən xəbər verir ki, London təmsilçisi 29 yaşlı forvard üçün “Aston Villa”ya tələb etdiyi təzminatı ödəməyə hazırdır. Transferin yayda baş tutacağı gözlənilir.

Votkinsin Birmingem təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, “İkzeter Siti”, “Brentford” klublarında oynadıqdan sonra 2020-ci ildə “Aston Villa”ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right