Markus Reşford hazırda “Mançester Yunayted”dən icarə əsasında “Barselona”nın formasını geyinir. Mövsümün sonunadək nəzərdə tutulan müqavilədə onun birdəfəlik transferi üçün satınalma şərti də yer alır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların rəhbərliyi ingiltərəli vingerin klubdakı gələcəyi ilə bağlı yekun qərar verməsə də, onunla yolları davam etdirmək variantına daha çox meyillidir.
28 yaşlı futbolçunun tam transferi hazırda onun mövsümün sonunda komandadan ayrılmasından daha real ssenari kimi qiymətləndirilir.
Bildirilir ki, “Barselona” rəhbərliyində Reşfordun 30 milyon avro qarşılığında satın alınmasının zəruriliyi ilə bağlı inam getdikcə artır. O, cari mövsümdə Hans-Diter Flikin komandasında keçirdiyi 23 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə verib.