“Ferents Puşkaş” mükafatına layiq görülən qol açıqlandı

"İndependyente"nin vingeri Santyaqo Montyel "Puşkaş" mükafatını qazanıb.

Newsport.az xəbər verir ki, FIFA argentinalı futbolçunu ötən mövsümün ən gözəl qoluna görə mükafatlandırıb. 11 may 2025-ci ildə Montyel cərimə meydançasından kənardan aşırma zərbəsi ilə "Rivadaviya" klubunun qapısına baxımlı qol vurub.

Montyel aşağıdakı futbolçuları geridə qoyub:

Lamin Yamal (“Barselona”nın “Espanyol”la oyunda vurduğu qol, 15 may 2025-ci il);

Deklan Rays (“Arsenal”ın heyətində “Real”ın qapısına vurduğu qol, 8 aprel 2025-ci il);

Alessandro Deyola (“Kalyari”nin heyətində “Venesiya”ya vurduğu qol, 18 may 2025-ci il);

Pedro de la Veqa (“Kruz Asul”un heyətində “Sietl Saunders”ə vurduğu qol, 31 iyul 2025-ci il);

Amr Nasser (“Əl-Əhli”nin heyətində “Farko”ya vurduğu qol, 17 aprel 2025-ci il);

Alerrandro (“Kruzero”nun heyətində “Vitoriya”ya vurduğu qol, 19 avqust 2024-cü il);

Karlos Orrantia (“Keretaro”nun heyətində “Atlas”a vurduğu qol, 16 aprel 2025-ci il);

Lukas Ribeiro (“Borussiya”nın heyətində “Mamelodi Sandauns”a vurduğu qol, 21 iyun 2025-ci il);

Rizki Ramadani (“Arema”nın heyətində “Persica”ya vurduğu qol, 9 mart 2025-ci il);

Kevin Rodriqes (“Rizəsport”un heyətində “Kasımpaşa”ya vurduğu qol, 9 fevral 2025-ci il).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right