2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisi açıqlandı

Fransanın PSJ klubunun futbolçusu Osman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu, çalışdırıcı Luis Enrike isə ən yaxşı məşqçisi seçilib.

Newsport.az xəbər verir ki, onların mükafatlandırılma mərasimi Qətərin paytaxtı Dohada keçirilib.

Paris təmsilçisi ötən mövsüm Fransa Liqa 1, Fransa kuboku və superubokunun çempionu, həmçinin Çempionlar Liqasının və UEFA superkubokunun qalibi olub. Dembele Liqa 1-də 25 qolla 2024/2025 mövsümünün bombardiri olub. Ümumilikdə isə Dembele ötən mövsüm PSJ-də 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right