Maluda "Trabzonspor"dan getdi

"Trabzonspor"la yollarını ayıran Floren Maludanın yeni komandası bəlli olub.

Newsport.az-ın  verdiyi məlumata görə, 34 yaşlı futbolçu karyerasını Fransa Liqasında davam etdirəcək.

Trabzon təmsilçisi ilə müqaviləsini qarşılıqlı şəkildə ləğv edən fransız futbolçu "Metz"lə 1+1 sistemi üzrə müqavilə imzalayıb.

Qeyd edək ki, karyerasına "Şatoru" klubunda başlayan Maluda sonrakı illərdə "Qenqam", "Lion", "Çelsi" və "Trabzonspor" klublarının şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right