Superağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson təyyarədə sərnişini döyüb.
Newsport.az xəbər verir ki, 55 yaşlı idmançı San-Fransiskodan Floridaya uçduğu vaxt arxa oturacaqdakı sərxoş şəxs dəfələrlə ona söz atıb. Tayson həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etsə də, o məhəl qoymayıb. Özündən çıxan boksçu sərnişinin üzünə yumruq zərbələri endirib.
Zərərçəkən sərnişinə tibbi yardım göstərilib. Tayson isə təyyarəni tərk edib.