Əslən Qax rayonundan olan 1993-cü il təvəllüdlü Dəmirçi Nurlan Nurullah oğlu martın 23-də Qazaxıstanın Kamenoqorsk şəhərində ürək tutmasından dünyasını dəyişib.
Newsport.az-ın məlumatına görə, 1997-ci ildən Qazaxıstanda yaşayan N.Dəmirçi idmanın boks, kikboks, qaydasız döyüş və K-1 növləriylə məşğul olub. O, boks və kikboks üzrə dəfələrlə Qazaxıstan çempionu olub.
N.Dəmirçi idman ustalığına namizəd idi. İdmançı doğulduğu Qax rayonuna gətirilərək dəfn olunacaq.
Unikal.org


