27-31 oktyabrda Yaponiyanın Kitakyuşu şəhərində bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək.
Newsport.az xəbər verir ki, mundialda Azərbaycan millisi də iştirak edəcək.
Komandamız yarışa 8 nəfərlik heyətlə qatılacaq. Yığmamız oktyabrın 25-də "Gündoğar ölkə"yə yola düşüb.