Parisdəki Böyük Dəbilqə turniri davam edir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) bürünc medal görüşünə çıxıb. O, üçüncü yer uğrunda görüşdə Giyom Şenlə (Fransa) üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Heydərov bürünc medala sahib çıxıb.
Balabəy Ağayev isə finalda Ramazan Abdulayevlə (Rusiya) qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Ağayev qızıl medal qazanıb.