Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Newsport.az xəbər verir ki, səkkizinci yarış günündə 63, 67 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Həsrət Cəfərov debütdə ABŞ təmsilçisinə elə ilk hissədə tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız daha sonra hindistanlı rəqibinə aman verməyib. Ancaq 1/4 finalda son olimpiya çempionu Məhəmmədrza Gerayiyə məğlub olub.
Taleh Məmmədov startda türk həmkarından güclü olub. Təcrübəli güləşçimiz Koreya idmançısını da üstələyərək yarımfinala yüksəlib.
Mübarizəyə 1/8 finaldan qoşulan İslam Abbasov gürcüstanlı dünya çempionu Laşa Qobadzeylə bacarmayıb.