Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə final görüşünə çıxıb.
Newsport.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici döyüşdə Viktor Sterpu (Moldova) ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Heydərov qızıl medal qazanıb.