I MDB Oyunlarında Azərbaycanın bayraqdarı bəlli oldu

Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı bəlli olub.

Newsport.az-ın məlumatına görə, bayrağı yunan-Roma güləşçisi Həsrət Cəfərov daşıyacaq.

Qeyd edək ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı ötən həftə Rusiyanın digər şəhəri - Ufadakı gənclərin dünya çempionatının finalında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb.

I MDB Oyunlarının açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulur. Yarış 4 - 11 sentyabrda təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right