Azərbaycan idmançıları Olimpiadanı qızıl medalsız başa vurdu

Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub. 

Newsport.az-ın məlumatına görə, Olimpiadada 44 idmançı ilə təmsil olunan ölkəmiz 7 medal qazanıb. Bunlardan 3-ü gümüş, 4-ü isə bürüncdür.

Azərbaycan idmançılarından heç biri qızıl medal qazana bilməyib. Ölkəmiz 1996-cı ildən sonra ilk dəfə Olimpiya Oyunlarında qızıl medalsız qalıb.

 

Cüdo: İrina Kindzerska (+78 kq) - bürünc

Boks: Alfonso Dominges (81 kq) - bürünc

Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) - bürünc

Karate: Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq) - hər ikisi gümüş

Sərbəst güləş: Hacı Əliyev (65 kq) - gümüş

Qadın güləşi: Mariya Stadnik (50 kq) - bürünc





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right