Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Newsport.az-ın məlumatına görə, 97 kq çəki dərəcəsində Azərbaycan idmançısı Şərif Şərifov təsəlliverici görüşə çıxıb. Güləşçimiz gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib və rəqibinə 7:5 hesabı ilə qalib gələrək bürünc medal uğrunda güləşmək hüququ qazanıb. Onun rəqibi kubalı Reyneris Salas Peres olacaq.
Digər güləşçimiz Hacı Əliyev isə 65 kq çəkidə Olimpiya çempionluğu uğrunda final görüşündə yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq.