Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarına 20-ci lisenziyanı qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Dünya kubokunda Azərbaycan pauerliftinqçisi Şamo Aslanov gümüş medal qazanıb.

Newsport.az xəbər verir ki, 107 kq çəki dərəcəsindəki idmançı 223 kq nəticə göstərib.

Reytinq xalları qazandıran əvvəlki yarışlarda da yüksək nəticə əldə etmiş Aslanov Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, indiyədək Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 20 lisenziya qazanıb. Onlardan 8-i atletika, 4-ü para-taekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right