Ağayev finalda uduzdu, İrina Avropa çempionu oldu

Xorvatiyanın Poreç şəhərində karate üzrə Avropa çempionatında bu gün həlledici görüşlər keçirilib.

Newsport.az-ın məlumatına görə, kumite yarışında mükafatçıların müəyyənləşəcəyi gündə Azərbaycan millisinin 5 idmançısı medal döyüşünə çıxacaq.

Onlardan 3-ü çempionluq, 2-si bürünc medal uğrunda mübarizə aparıb.

Karateçilərimizdən Rafael Ağayev 12-ci dəfə Avropa çempionu olmağa yaxın olsa da, bunu bacarmayıb.

36 yaşlı idmançı Minsk-2019 II Avropa Oyunlarının final görüşündəki rəqibi Stanislav Horunaya (Ukrayna) yenə uduzub.

Bununla da Ağayev 14-cü dəfə yüksəldiyi qitə birinciliyinin həlledici görüşündə 3-cü məğlubiyyətinə üzülüb. Beşqat dünya çempionumuzun aktivində həmçinin qitə birinciliyinin 7 bürünc medalı da var.

Ondan fərqli, İrina Zaretska həlledici döyüşdən qalib ayrılıb. Milliləşdirilmiş legioner Vasiliki Panetsidunu (Yunanıstan) məğlub edərək, ikinci dəfə qitənin ən güclüsü adına sahib olub.

Digər təmsilçimiz Pənah Abdullayevin final qarşılaşması uğursuz alınıb. Həmyerlimiz qələbə seriyasını davam etdirə bilməyib və türkiyəli Uğur Aktaşa uduzaraq, ikinci yerlə kifayətlənib.

Millimizin heyətində Asiman Qurbanlı və İlahə Qasımova isə medalın bir addımlığında büdrəyiblər. Onlar 3-cü yer uğrunda görüşdən məğlub ayrılıblar.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right