Güləşçimiz final görüşünə çıxmadı

Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində səhhəti ilə bağlı final görüşünə çıxmayıb.

Newsport.az-ın məlumatına görə, bu səbəbdən 68 kq çəki dərəcəsində çıxış edən idmançıya texniki məğlubiyyət verilib. O, gümüş medalla kifayətlənib.

25 yaşlı güləşçi həlledici qarşılaşmada Mimi Xristova (Bolqarıstan) ilə üz-üzə gəlməli idi.

Qeyd edək ki, Manolova finala yüksəlməklə, Tokio olimpiadasına vəsiqəni təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right