Millimiz Avro-2021-də ilk qələbəsini qazandı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, yığmamız F qrupunun 2-ci turunda meydan sahibləri Gürcüstanla qarşılaşıb və 3:0 hesabı (25:20, 25:22,25:15) ilə qalib gəlib.

Komandamız hazırda 3 xalla 3-cü pillədə qərarlaşıb. Xalı olmayan Gürcüstan isə sonuncudur.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 9-da Yunanıstana qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right