Azərbaycanın bu klubu ilk dəfə avrokubokda mübarizə aparacaq

Kişi voleybolçulardan ibarət “Sərhədçi” debüt ilində uğurlu nəticə göstərdi.

Newsport.az-ın məlumatına görə, Ziya Rəcəbovun komandası superliqada 2-ci yer tutdu.

Gümüş mükafatçı yeni mövsümdə Çağırış kubokunda iştirak edəcək. Bu, “Sərhədçi” idman klubunun tarixində ilkdir.

Öz olimpiya idman kompleksində yeni mövsümə hazırlaşan komandanın hədəfi heyəti gücləndirmək, avrokubokda yaxşı debüt etmək və Azərbaycan çempionu olmaqdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right