Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb

Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatı davam edir.
 
Newsport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 4 üzvü növbəti mərhələyə yüksəlib.
 
Bilalhəbaşi Nəzərovun (50 kq) rəqibi, moldovalı Katalin Turkunun çəkisi normadan artıq olduğu üçün döyüş baş tutmayıb və boksçumuz qalib elan edilib. İkiqat Avropa çempionumuz 1/4 finalda çexiyalı Filip Horvatla qarşılaşacaq.
 
Zidan Hünbətov (55 kq) 1/8 finalda italiyalı Badreddin Buraouiayanı hər üç raundda üstələyərək 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, növbəti mərhələdə serbiyalı Nikola Maksimoviçlə üz-üzə gələcək.
 
Məhəmmədəli Aşırəliyev (60 kq) də 1/8 finalda israilli Abdullah Rahalı 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Onun növbəti rəqibi ispaniyalı Brandon Hinea Kollasos olacaq.
 
Nicat Alırzayev (70 kq) isə litvalı Edqaras Trotenskisi 3:2 (30:27, 28:29, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinala vəsiqə uğrunda monteneqrolu Miloş Roqanoviçlə qarşılaşacaq.
 
Qeyd edək ki, Nəzərov və Hünbətov noyabrın 20-də, Aşırəliyev və Alırzayev isə bir gün sonra rinqə çıxacaqlar. Daha əvvəl Azərbaycan millisinin bir üzvü də 1/4 finala yüksəlib.
 
39 ölkədən 276 idmançının qatıldığı Avropa çempionatı noyabrın 24-də başa çatacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right