Noyabrın 18-də gənclər və idman naziri Fərid Qayıbov “Eurosport”un Beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və Beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyardı qəbul edib.
Newsport.az xəbər verir ki, Görüşdə idman yarışlarının beynəlxalq səviyyədə təbliği, media sahəsində əməkdaşlıq və gələcək tərəfdaşlıq imkanları müzakirə olunub.
Görüşdə, həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev iştirak ediblər.