"Real" Trenti satmağa hazırdır

"Real Madrid" futbolçusu Trent Aleksander-Arnoldun gələcəyi ilə bağlı qərarını dəyişə bilər. Newsport.az xəbər verir ki, Madrid təmsilçisi İngiltərə millisinin üzvü üçün yanvar transfer pəncərəsində gələcək sərfəli təklifləri nəzərdən keçirməyə hazırdır.

"Football Transfers" nəşrinin məlumatına görə, 28 yaşlı müdafiəçi komandada əsas heyətə düşməkdə çətinlik çəkir. Baş məşqçi Joze Mourinyo sağ cinah müdafiəsində Federiko Valverde və Denzel Dumfrisə daha çox üstünlük verir.

Bu vəziyyət Aleksander-Arnoldu "Real Madrid"dən ayrılmağa yaxınlaşdırıb. Onunla "Çelsi", "Liverpul" və digər klubların maraqlandığı bildirilir.

Trent Aleksander-Arnold 2025-ci ildə "Liverpul"dan "Real Madrid"ə keçib. Onun İspaniya klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

Futbolçunun transferi ilə bağlı hələlik rəsmi təklif və ya razılaşma yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right