"Zirə"nin futbolçusu zədələndi

"Zirə"nin futbolçusu Anje Mutsinzi zədələnib.

Newsport.az xəbər verir ki, o, Ruanda millisinin heyətində sıradan çıxıb. 

Ruanda Afrika Millətlər Kubokunun seçmə mərhələsində  öz meydanında Mali ilə üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Ruanda millisi 6 xalla qrupda ikincidir.

Anje Mutsinzi də Mali ilə matçın iştirakçısı olub. Meydana start heyətində çıxan müdafiəçi 77-ci dəqiqədə zədələnib və Tierri Manzi ilə əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right