Çalhanoğlu kriptovalyuta platformasını məhkəməyə verdi

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu kriptovalyuta platforması “Velvet”i məhkəməyə verib.

Buna səbəb futbolçunun fotolarından icazəsiz və kommersiya məqsədilə istifadə olunmasıdır. 32 yaşlı yarımmüdafiəçi şirkətdən 2,5 milyon Türkiyə lirəsi təzminat tələb edir.

Çalhanoğlunun vəkillərinin İstanbul Fikri və Sənaye Hüquqları Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində bildirilir ki, şirkət futbolçuya məxsus fotoları heç bir icazə almadan sosial şəbəkələrdə paylaşıb. Futbolçu iddia edir ki, onun İtaliyada çıxış etdiyi oyunlardakı performansından istifadə etməklə ictimaiyyətin diqqəti cəlb olunub və bu yolla şirkət kommersiya gəliri əldə edib.

Qeyd edək ki, Hakan Çalhanoğlu daha əvvəl “BtcTurk” şirkəti ilə də məhkəmə mübahisəsi yaşayıb. Lakin həmin iddiası rədd edilib. “Velvet”ə qarşı qaldırılan bu iddia isə futbolçunun imic hüquqlarının müdafiəsi ilə bağlı ikinci məhkəmə cəhdidir.

Məhkəmənin iddia ərizəsini qəbul etdiyi və işə yaxın günlərdə baxılacağı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right