Azərbaycan millisinin futbolçuları pley-off mərhələsinə yüksəlmək üçün UEFA Millətlər Liqasında D liqasının ümumi qalibi olmaq lazım gəldiyini bilmirmişlər.
Bunu yığmanın qapıçısı Şahruddin Məmmədəliyev açıqlamasında etiraf edib.
Newsport.az xəbər verir ki, millinin baş məşqçisi Ayxan Abbasov bu məsələ ilə bağlı Komanda.az-a açıqlamasında komandanın bütün proseslə bağlı məlumatlı olduğunu bildirdi:
“Nə lazımdırsa, deyilmişdi. Ola bilsin ki, fikrini tamamlaya bilməyib. Nəticələri bilirdik, hamısı bilinən şeylər idi. Komanda bütün proseslə bağlı məlumatlandırılmışdı.
Bilirsiz, hələ Maltanın belə, pley-off oynamamaq şansı var. Biz bunu komandaya tam şəkildə deməməliydik ki, C qrupundan kimsə Avropa çempionatına vəsiqə qazansa, D Liqasının da şansı yaranır. Bu, tam şəkildə dekabrın 6-da püşkatma zamanı bəlli olacaq.
Amma Malta ilə aramızdakı proses barədə komanda məlumatlı idi. Məsələn, Malta məğlub olsa, biz lider oluruq, heç-heçə etsə, top fərqinə baxılacaq. Yaxud komandaya niyə deyirdik ki, bu oyunda (Lixtenşteynlə matç – 1:0) çox qol vurmalıyıq? Yəni, bütün bunları futbolçulara çatdırmışdıq. Komanda bütün proseslərdən xəbərdar idi”.