Azərbaycan taekvondoçularından Qazaxıstanda 3 medal

Azərbaycan taekvondoçuları Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” çempionatında 3 medal qazanıblar.

Newsport.az xəbər verir ki, taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri – Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal sahibi olublar.

Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” çempionatında (22-23 iyun) iştirak edirlər, həmçinin “Kazakhstan Open” (25-27 iyun) beynəlxalq turnirinə də qatılacaqlar.

Komandalar yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right